...

Nəqliyyat Nazirliyi ölkənin şimalında ziyan çəkmiş körpünün vəziyyətini qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 12:45 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakı-Quba yolundakı (Rusiya ilə sərhəddə) Vəlvələçay üzərindəki körpünün vəziyyətini qiymətləndirir.
Nəqliyyat Nazirliyi ölkənin şimalında ziyan çəkmiş körpünün vəziyyətini qiymətləndirir

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakı-Quba yolundakı (Rusiya ilə sərhəddə) Vəlvələçay üzərindəki körpünün vəziyyətini qiymətləndirir. Bu barədə çərşənbə axşamı Trend-ə NN-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, uzunluğu 118 metr olan körpünün texniki vəziyyəti pisdir, burada hansı işlərin aparılacağı barədə qərarın qəbul edilməsi yalnız ona baxış keçirilməsindən sonra mümkündür.

"Mütəxəssislər artıq baxış keçirirlər. Bu prosedurdan sonra yekun qərar qəbul diləcək", - mənbə qeyd edib.

Onun sözlərinə görə, bir müddət əvvəl Bakı-Quba avtomagistralının 156-cı kilometrliyində dağılan körpünün yerində tikilən yeni körpü inşa prosesindədir.

"İşlər fəal templərlə aparılır və artıq iyunda yeni körpü istismara veriləcək", - mənbə qeyd edib.

Ötən əsrin 70-ci illərində tikilən əvvəlki körpü ikizolaqlı idisə, yeni körpü dördzolaqlı olacaq.

Xəbər lenti

Xəbər lenti