...

Azərbaycanın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə polisləri xaricdə tanınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2012 11:37 (UTC +04:00)
Azərbaycan "Yaşıl kart" - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə beynəlxalq sistemə qoşulur.
Azərbaycanın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə polisləri xaricdə tanınacaq

Azərbaycan, Bakı, 12 may/Trend, müxbir A. Axundov/

Azərbaycan "Yaşıl kart" - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə beynəlxalq sistemə qoşulur.

"Yaşıl kart" sisteminə qoşulma prosesinin başlaması ilə əlaqədar Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quluyev və Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Milli Avtonəqliyyat Sığortası Bürolarının Beynəlxalq Assosiasiyasının ("Yaşıl Kart" sısteminin) Bürolar Şurasının rəhbərliyi ilə görüşlər keçiriblər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan İcbari Sığorta Bürosunun məlumatında deyilir.

Bu həftə Brüsseldə keçirilən görüşlər zamanı sistemə qoşulma prosedurları müzakirə edilib, müvafiq tövsiyələr verilib.

"Yaşıl Kart" sistemi 1951-ci ildən fəaliyyət göstərir. "Yaşıl Kart" sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən "Yaşıl Kart" haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda "Yaşıl Kart" sisteminə 46 ölkə-Rusiya, Avropanın bütün ölkələri, İsrail, Mərakeş, Tunis və İran daxildir.

Xəbər lenti

Xəbər lenti