Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,1 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78598 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
30 aprel |
0,7862 |
7 may |
0,7860 |
1 may |
0,7862 |
8 may |
0,7860 |
2 may |
0,7862 |
9 may |
0,7860 |
3 may |
0,7860 |
10 may |
0,7860 |
4 may |
0,7860 |
11 may |
0,7859 |
Həftə ərzində orta |
0,786112 |
Həftə ərzində orta |
0,78598 |
Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7852 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 7-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7853 AZN/USD səviyyəsində qalıb, mayın 8-də 0,7853 AZN/USD məzənnə ilə $1,846 mln., mayın 9 və 10-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7853 AZN/USD səviyyəsində qalıb, mayın 11-də 0,7848 AZN/USD məzənnə ilə $1,5 mln..
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
30 aprel |
0,7855 |
7 may |
0,7853 |
1 may |
0,7855 |
8 may |
0,7853 |
2 may |
0,7855 |
9 may |
0,7853 |
3 may |
0,7855 |
10 may |
0,7853 |
4 may |
0,7855 |
11 may |
0,7848 |
Həftə ərzində orta |
0,7855 |
Həftə ərzində orta |
0,7852 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.