...

Serbiya Azərbaycan ilə iqtisadi münasibətlərin intensiv inkişafına istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 16:23 (UTC +04:00)
Serbiya Azərbaycan ilə iqtisadi münasibətlərin iki ölkə arasındakı siyasi dialoqun səviyyəsinə çatdırılmasına istiqamətlənib.
Serbiya Azərbaycan ilə iqtisadi münasibətlərin intensiv inkişafına istiqamətlənib

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Serbiya Azərbaycan ilə iqtisadi münasibətlərin iki ölkə arasındakı siyasi dialoqun səviyyəsinə çatdırılmasına istiqamətlənib. Trend-in məlumatıan görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Serbiya biznes forumu çərçivəsində Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.

"İki ölkə arasındakı iqtisadi əlaqələr siyasi əlaqələr kimi möhkəm deyil. Ona görə də biz belə tədbirlər keçiririk", - Vayoviç deyib.

Biznes forumda "Worldfood Azerbaijan-2012" - Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak etmək üçün Bakıya gəlmiş 15-dək Serbiya şirkəti iştirak edib.

Səfirin sözlərinə görə, ölkələr arasında əlaqələrin inkişafı üçün perspektivli istiqamətlər kənd təsərrüfatı, aqrobiznes, ticarət, tikinti, elektrik avadanlıqları, əczaçılıq və digər sahələrdir.

"İki ölkə arasında iqtisadi münasibətləri xarakterizə edən göstəricilər hazırda yüksək olmasa da, əməkdaşlıq üçün böyük potensial mövcuddur", - Vayoviç deyib.

Biznes forumda iştirak edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov Azərbaycanın sosial-iqtisadi uğurlarından danışıb və tədbir iştirakçılarını ölkədə yaradılan investisiya imkanları və regionda mövcud olan biznes mühiti barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti