...

İlin sonunadək Azərbaycanda nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 16:40 (UTC +04:00)
İlin ikinci yarısında Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması üzrə işlər fəallaşdırılacaq.
İlin sonunadək Azərbaycanda nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi planlaşdırılır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

İlin ikinci yarısında Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması üzrə işlər fəallaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsi çərçivəsində nəzərdə tutulub.

"Nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi çərçivəsində işlərin başa çatmasından sonra bu ayın sonundan layihənin ikinci mərhələsi üzrə işlərə başlanacaq. Çox güman ki, ilin sonunadək ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması barədə danışmaq mümkün olacaq", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, vahid ödəniş sisteminin yaradılması müəyyən vaxt tələb edir, çünki bunun üçün bütün lazımi avadanlıqların alınması, vahid bazanın yaradılması, bütün sistemin mərkəzlə əlaqələndirilməsi vacibdir.

"Yəni baza yaradılmalıdır ki, bu da vaxt tələb edir", - nazirliyin nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti