...

Azərbaycanda ilk dəfə evdar xanımlara kreditlər təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 11:25 (UTC +04:00)
"Unibank" iş yerindən arayış təqdim edə bilməyən evdar xanımlara yeni kredit məhsullarını təklif edir. Azərbaycanda ilk dəfə olaraq, bank bu növ müştərilər üçün xüsusi şərtlərlə nağd kredit və kredit xətlərinin rəsmiləşdirməsinə başlayıb.
Azərbaycanda ilk dəfə evdar xanımlara kreditlər təklif olunur

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"Unibank" iş yerindən arayış təqdim edə bilməyən evdar xanımlara yeni kredit məhsullarını təklif edir. Azərbaycanda ilk dəfə olaraq, bank bu növ müştərilər üçün xüsusi şərtlərlə nağd kredit və kredit xətlərinin rəsmiləşdirməsinə başlayıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, evdar xanımlar daimi iş yeri olan ailə üzvlərinin əməkhaqları barədə arayışları əsasında zaminsiz 2 ilədək 2500 manata qədər nağd kredit və yaxud 1 illik məbləği 10 min manatadək kredit xətti cəlb edə bilərlər. Ailə üzvlərinin (həyat yoldaşı və ya övladlarının) banka gəlməyi mütləq deyil. Nəticədə kredit prosedurları daha da sadələşdirilərək, ölkədə az olmayan bir sosial təbəqə təşkil edən evdar xanımlara əlavə rahatlıq yaradır. Bu zaman ərizəçinin ailə üzvlərinin aylıq gəlirlərinə bankın tələbləri 93,5 manatdan, iş stajlarına dair tələblər isə 3 aydan başlayır.

Kreditlərin minimal müddəti 3 aydır və tam məbləği ərizəçi xanımın həyat yoldaşının və ya övladlarının təsdiqlənmiş gəlirləri əsasında müəyyən olunur.

Həmçinin qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri üçün "Evdar xanım" kreditləri üzrə effektiv faiz dərəcə illik 16-17% təşkil edir, digər bölgələrdə isə bu kreditlərin real faiz dəyəri illik 18-19%-ə bərabərdir. Nağd kreditin qaytarılması bərabər ödənişlərlə aparılır, kredit xətlərinin ödənişləri üzrə borc qalığına hesablanmış faizlər aylıq, əsas borc isə ixtiyari qaydada ödənilir.

"Evdar xanım" kreditləri barədə daha ətraflı məlumat üçün (012) 117 zəng etmək və ya bankın http://unibank.az/az/private-clients/loans/evdarxanim/ səhifəsinə baxmaq olar.

Xəbər lenti

Xəbər lenti