...

Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsulları üçün gömrük prosedurlarını sadələşdirib - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 16:07 (UTC +04:00)
Rəsmi Tbilisi Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan ilə razılığa gəlib.
Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsulları üçün gömrük prosedurlarını sadələşdirib - nazir

Gürcüstan, Tbilisi, 20 iyun /Trend, müxbir N.Kirsxaliya/

Rəsmi Tbilisi Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan ilə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstanın kənd təsərrüfatı naziri Zaza Qoroziya Kaxeti regionuna səfəri zamanı bildirib.

"Biz bu yaxınlarda bu barədə Azərbaycan ilə razılığa gəlmişik, indi bütün gömrük problemləri həll edilib və məhsullarımız Azərbaycana gecikmədən ixrac ediləcək", - nazir qeyd edib.

Qoroziya Azərbaycan bazarının Gürcüstanın kənd təsərrüfatı məhsulları üçün perspektivli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti