...

"Kapital Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 20:10 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kapital Bank" ASC-nin 10 milyon manat həcmində adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Kapital Bank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kapital Bank" ASC-nin 10 milyon manat həcmində adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 1 milyon səhm buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edəcək.

Hazırda bankın nizamnamə kapitalı 40 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti