...

Azərbaycan bankı “Expressbank” filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 12:41 (UTC +04:00)
"Expressbank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 33 C ünvanında yerləşən Nərimanov filialı fəaliyyətə başlayıb.
Azərbaycan bankı “Expressbank” filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 2 iyul/ Trend/

"Expressbank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 33 C ünvanında yerləşən Nərimanov filialı fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni filial həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bura hesablaşma-kassa xidmətləri, cari hesabların açılması, əmanətlərin qəbulu, biznes və istehlak kreditlərinin verilməsi, bank kartlarının sifarişi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və s. digər bank xidmətləri aiddir.
Nərimanov filialına müraciət edərək müştərilər minimal sənədlə, qısa müddət ərzində müxtəlif bank xidmətlərindən istifadə edə biləcəklər.

Nərimanov filialın açılması ilə Bankın filiallarının ümumi sayı 12-yə çatdı.

Daim müştərilərilərin rahatlığını düşünən "Expressbank" onlara daha yaxın və keyfiyyətli xidmət göstərmək üçün Bakıda bir sıra yeni filialın açılışını planlaşdırır.

"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar.

Həmçinin bankın Facebook sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla http://www.facebook.com/Expressbank daim bank yeniliklərindən xəbər tutmaq olar.

Xəbər lenti

Xəbər lenti