...

Azərbaycan bankı islam maliyyəçiliyi çərçivəsində ICD ilə yeni saziş imzalamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan bankı "TuranBank" Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD - İslam İnkişaf Bankı qrupuna daxildir) ilə islam maliyyəçiliyi aləti olan İcarə (lizinq) üzrə 3,5 milyon dollar məbləğində ikinci kredit xəttinin təqdim edilməsi üzrə saziş imzalamağa hazırlaşır. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat verilib.

"Cari ilin başlanğıcında verilmiş üç milyon dollar məbləğində birinci kredit tamamilə mənimsənilib. Biz keçən ayın ortalarında ICD nümayəndələri ilə görüşlər keçirmişik və avqustda ikinci xətt çərçivəsində saziş imzalamağı planlaşdırırıq", - bankdan deyiblər.

Bankdan bildirildiyi kimi, İslam Korporasiyasının kredit vəsaitləri nəqliyyat və istehsalat sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Bu gün "TuranBank" islam maliyyəçiliyi sahəsində ICD və ITFC ilə fəal əməkdaşlıq edir. Həmin maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində bank Murabəha (təkrar satış), ikimərhələli Murabəha və İcarə kimi məhsullar təklif edir.

Xəbər lenti

Xəbər lenti