...

"Euromoney" "AccessBank"ı Azərbaycanın ən yaxşı bankı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 13:37 (UTC +04:00)
"AccessBank" Londonda keçirilən "Euromoney" nəşriyyat qrupunun ənənəvi "Ən yaxşı nəticələr" mükafatlandırma mərasimində Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb.
"Euromoney" "AccessBank"ı Azərbaycanın ən yaxşı bankı elan edib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"AccessBank" Londonda keçirilən "Euromoney" nəşriyyat qrupunun ənənəvi "Ən yaxşı nəticələr" mükafatlandırma mərasimində Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir. Bu nominasiyada bank artıq ardıcıl üçüncü ildir ki, bu mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu sayılan "Euromoney mükafatı" dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. Mükafat qrupun maliyyə analitikləri tərəfindən, namizəd-bankların fəaliyyətinin incələnməsi və xarici müxbir-bankların, eləcə də, görkəmli maliyyəçi və bankçıların sorğulanması nəticəsində verilir. Təhlil zamanı həmçinin, bankın bazardakı yeri və payı, məhsul və xidmətlərin səviyyəsi, idarəetmə sistemi, əməkdaşlarının peşəkarlığı, bankın innovasiya xarakteri və kapitalı nəzərə alınır.

"Kiçik və orta biznes kreditləri və mikromaliyyə sahəsində ixtisaslaşan "AccessBank" məcmu aktivlərə görə Azərbaycanda 8-ci yeri tutur, ötən il isə mənfəətlilik göstəricilərinə görə öz əsas rəqiblərini geridə qoyaraq şəxsi kapitalın gəlirlilik səviyyəsini 20,2 faizə çatdırıb, bu isə həmin sektordakı orta göstəricidən 4 dəfə artıqdır. Aktivlərin keyfiyyəti də "AccessBank"ın əsas üstünlüyüdür. 2011-ci ilin sonunda gecikdirilmiş kreditlərin səviyyəsi 1 faizdən aşağı olub, kredit və depozitlərin bazar payında əsas gəlirləri isə illik hesablama ilə müvafiq olaraq, 3,2 faiz və 1,7 faiz təşkil edib", - "AccessBank"ın mükafatlandırılmasında "Euromoney" nəşrinin təmsilçisi qeyd edib.

"AccessBank"ın baş meneceri Andrev Pospielovski mükafatla əlaqədar bunları deyib: "Üçüncü il ardıcıl olaraq "Euromoney"dən "Ən yaxşı bank" adına layiq görülmək bizim üçün böyük bir şərəfdir - bu bankımızın bütün əməkdaşlarının gərgin əməyinin nəticəsidir".

"Euromoney" qrupuna, maliyyə və bank sahəsində ixtisaslaşmış 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin yaranmasının əsasını aylıq "Euromoney" jurnalı qoyub.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. "AccessBank" 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16,5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3,5 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti