...

"AtaHoldinq" SOS Uşaq Kəndləri Assosiasiyasının gəncləri ilə görüş keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 15:54 (UTC +04:00)
"AtaHoldinq" ASC-nin təşkilatçılığı ilə çərşənbə günü Sos Uşaq Kəndləri Assosiasiyasının 30-a yaxın gənci üçün "Uğura gedən yolda motivasiya və məqsədin rolu" mövzusunda tədbir keçirilib.
"AtaHoldinq" SOS Uşaq Kəndləri Assosiasiyasının gəncləri ilə görüş keçirib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

"AtaHoldinq" ASC-nin təşkilatçılığı ilə çərşənbə günü Sos Uşaq Kəndləri Assosiasiyasının 30-a yaxın gənci üçün "Uğura gedən yolda motivasiya və məqsədin rolu" mövzusunda tədbir keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, tədbirdə "AtaHoldinq"in İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin rəisi Dilara Zamanova çıxış edərək, gənclərə motivasiyanın ən uğurlu taktikaları haqqında məlumat verib. "İrəli" İctimai Birliyinin nümayəndəsi, təlimçi Xəqani Fərəcov və Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri, jurnalist İlkin Ağayev gənclər qarşısında motivasiya mövzusu, uşaq, yeniyetmə və gənclərin karyera seçimi, istedadlarının erkən yaşlardan müəyyən olunması, təhsili, müxtəlif müasir ixtisaslara, peşələrə yiyələnməsi ilə bağlı çıxış ediblər.

"AtaHoldinq"in idarə heyətinin sədr müavini Rauf Qarayev isə bildirib ki, ASC daim gənclərin inkişafı ilə bağlı tədbirləri dəstəkləyir. Bütün layihələrdə ortaq hədəfimiz sosial layihələri dəstəkləyərək Azərbaycan cəmiyyətində rifahın daha da yüksəlməsinə nail olmaqdır.

"Bu sahədə qayğı və köməyə ehtiyacı olan uşaqları və gənclərin inkişafını diqqət mərkəzində saxlayırıq. Bugünkü tədbirin məqsədi uşaqların yaşam, təhsil, karyera, peşələrə yiyələnmə ilə bağlı motivasiyasının yüksəlməsinə töhfə vermək, onlara təhsilin və ixtisaslara yiyələnmənin gətirəcəyi fayda, şəxsiyyətin formalaşmasında bu amillərin həlledici rolu barədə ətraflı bilgilər vermək, uşaqları bu barədə maraqlandıran sualları cavablandırmaq və onlara gələcək fəaliyyətlərində tövsiyələr verməkdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti