...

Bank Standard "Kartla ödə, Apple qazan!" aksiyasının IV mərhələsinə start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 10:34 (UTC +04:00)
1 iyul - 30 sentyabr tarixləri arasında "Bank Standard"ın kart sahibləri POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya internetdə ödənış aparmaqla lotereya şansı qazana bilərlər.
Bank Standard "Kartla ödə, Apple qazan!" aksiyasının IV mərhələsinə start verdi

Azərbaycan, Bakı, 13 iyul /Trend/

1 iyul - 30 sentyabr tarixləri arasında "Bank Standard"ın kart sahibləri POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya internetdə ödənış aparmaqla lotereya şansı qazana bilərlər.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, belə ki, ödənilmiş məbləğin hər 10 şərti vahidi (AZN, USD, GBP, EUR) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir. Oktyabr ayının 17-də keçiriləcək aksiyanın IV mərhələsinin lotereya tirajında 10 ədəd "MacBook Air" noutbuku oynanılacaq.

Xatırladaq ki, 16 oktyabr - 30 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir.

Аksiya haqqında daha ətraflı məlumatı www.bankstandard.com/az/campaigns/08/ saytından, bankın məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti