...

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təbliği ilə bağlı tədbirlər aktivləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 14:04 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) regionlarda əhalinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı məlumatlandırılması tədbirlərini aktivləşdirir.
Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təbliği ilə bağlı tədbirlər aktivləşdirilir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) regionlarda əhalinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı məlumatlandırılması tədbirlərini aktivləşdirir. Bu barədə cümə günü Trend-ə Xidmətdən bildiriblər.

"Yazda Xidmətin əməkdaşları Tovuz, Qazax, Şəmkir və Gədəbəy rayonlarına ezam edilmişdi. Onlar həmin rayonlarda müxtəlif təşkilat və əhalinin sosial təbəqələrinin nümayəndələri ilə görüşlər keçiriblər. Bu tədbirlərin sentyabrda ölkənin şimal bölgəsində davam etdirilməsi nəzərdə tutulur", - DSNX-dən deyiblər.

Bundan başqa, DSNX yerli icra hakimiyyətinin bu növ üzrə müqavilələrin bağlanması üçün tədbirlər görməsi məqsədilə onlara məktub göndərib.

"Əhalinin məlumatlandırılması üzrə tədbirlər gücləndirilməlidir. Biz televiziya kanallarında kifayət qədər reklam çarxları yerləşdiririk. Bu istiqamətdə işlər aparılır", - Xidmətdən bildiriblər.

"Bu, irimiqyaslı işdir. Sığorta agentləri şəbəkəsindən fəal istifadə olunmalıdır. Onlar evlərə gəlməli, sakinlərlə ünsiyyət saxlamalı, bu növün üstünlüklərini izah etməli, müqavilələrin bağlanmasına nail olmalıdırlar. Yalnız agentlər vasitəsilə daşınmaz əmlakın icbari sığortasının əhatə dairəsini genişləndirmək olar", - DSNX-dən deyiblər.

Xəbər lenti

Xəbər lenti