...

Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət geniş müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 18:44 (UTC +04:00)
İyulun 18-19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin sədrliyi ilə Gəncə, Şirvan və Sumqayıt şəhərlərində zona müşavirələri keçirilib.
Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət
geniş müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 18-19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin sədrliyi ilə Gəncə, Şirvan və Sumqayıt şəhərlərində zona müşavirələri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəhərlərin və ətraf rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin məsul şəxslərinin iştirak etdiyi müşavirələrdə əhaliyə xidmətin təşkili, vətəndaşların müraciətlərinə baxılması sahəsində vəziyyət, habelə aktiv sosial müdafiə proqramlarının icrası işləri geniş təhlil olunub.

Müşavirələrdə qeyd olunub ki, möhtərəm ölkə rəhbərinin respublikamıza mühüm tarixi nailiyyətlər qazandıran uğurlu inkişaf strategiyasının mərkəzində Azərbaycan vətəndaşı dayanır və bu amil gündəlik fəaliyyət prinsipi kimi daim diqqətdə saxlanılmalı, o cümlədən vətəndaşlar tərəfindən edilən hər bir müraciətə qarşı həssas və qayğıkeş münasibət göstərilməli, müraciətlərdə qaldırılan məsələlərin vaxtlı-vaxtında, obyektiv və ədalətli cavablandırılması tam təmin olunmalıdır.

Bəzən yerli strukturların bu və ya digər əməkdaşı tərəfindən da vətəndaşların müraciətinə etinasız münasibət göstərilməsi, yaxud onlara müraciətləri ilə bağlı müəyyən izahatlar verilməməsi vətəndaşlarda haqlı narazılıq yaradır. Vəzifəsinin icrasına məsuliyyətsiz yanaşan belə əməkdaşlarla bağlı ciddi cəza tədbirləri görülür və bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda, vətəndaş-məmur əlaqəsinin minimuma endirilməsi üçün sistem xarakterli, institusional xarakter daşıyan islahatlar genişləndirilir. Cari ilin əvvəlindən artıq 27 rayonda icrası davam etdirilən ünvanlı yardım üçün alternativ müraciət mexanizmləri bütün ölkədə tətbiq ediləcək.

Bildirilib ki, Dövlət Sosial Təminat Xidmətinin məsul əməkdaşları tərəfindən hər gün vətəndaşların qəbulu təşkil olunur və onların müraciətlərində qaldırılan məsələlər dərhal araşdırılaraq nəticəsi barədə vətəndaşlara məlumat verilir. Bununla yanaşı,"142 Qaynar xətt"ə daxil olan zənglərə dərhal reaksiya verilərək, müvafiq rayon (şəhər) üzrə Əhalinin sosial müdafiəsi mərkəzinə həmin müraciətlərin yerində, obyektiv və ədalətli şəkildə araşdırılaraq nəticəsi barədə məlumat verilməsi tapşırılır.

Müşavirələrdə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində vətəndaşların müraciətlərinə baxılması vəziyyəti, aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində görülən işlər geniş müzakirə olunub, həmin mərkəzlərə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti