Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/
MDB iştirakçı dövlətlərinin Hökumətlərarası Şurasının İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə növbəti XXXIV iclası payızda Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir gün əvvəl yaydığı məlumatında deyilir.
"Komitə Bakıda Şuranın iclasının keçirilməsinə hazırlıq işləri aparır", - məlumatda deyilir.