...

Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz tavanının azaldılması mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2012 18:53 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sığortalanan əmanətlər üzrə faiz tavanının dəyişdirilməsi mümkündür. Hazırda bu, 12 faiz təşkil edir.
Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz tavanının azaldılması mümkündür

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Ə.Həsənov/

Yaxın vaxtlarda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sığortalanan əmanətlər üzrə faiz tavanının dəyişdirilməsi mümkündür. Hazırda bu, 12 faiz təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Fondun icraçı direktoru Azad Cavadov bildirib.

"Bu, azalma tendensiyasına malik ölkənin bank bazarında əmanətlər üzrə faiz dərəcələri ilə bağlı vəziyyətdən asılıdır", - Cavadov deyib.

Onun sözlərinə görə, ADIF 2009-cu ildən 30 manat təşkil edən əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsinin artırılması məsələsini nəzərdən keçirmir.

2009-cu ilədək əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsi 6 min manat təşkil edib, 2010-cu ildə bu rəqəmi 8 min manatadək artırmaq planlaşdırılırdı, bank depozitləri üzrə risklərin artımı ilə əlaqədar hədd beş dəfə artırılıb.

"Bu MDB ölkələri arasında ən yüksək göstəricidir. Mövcud göstərici Qazaxıstanda 30 min dollar, Rusiyada 22 min dollar, Azərbaycanda isə 38 min dollar təşkil edir", - Cavadov qeyd edib.

Xəbər lenti

Xəbər lenti