...

Bakıda saxta endirim kampaniyalarının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2012 15:59 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Burcugül Kandırmaza və Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı, mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Bakıda saxta endirim kampaniyalarının qarşısı alınıb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Burcugül Kandırmaza və Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı, mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, mağazalarda endirimlərin tətbiq olunması barədə reklamlar verilsə də, satışda olan mallara endirimin tətbiq edilmədiyi aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub.

Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə müvafiq göstəriş verilib.

Araşdırmalar davam edir.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət etmələri xahiş edilir.

Xəbər lenti

Xəbər lenti