...

“Expressbank” səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2012 15:44 (UTC +04:00)
28 avqust 2012-ci il tarixindən etibarən “Bakı Fond Birjası”nda “Expressbank” ASC-nin ümumi dəyəri 8,6 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə BFB-in cümə günü yaydığı məlumatında deyilir.
“Expressbank” səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir A.Axundov/

28 avqust 2012-ci il tarixindən etibarən "Bakı Fond Birjası"nda "Expressbank" ASC-nin ümumi dəyəri 8,6 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə BFB-in cümə günü yaydığı məlumatında deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 273,2 manat olan 31479 səhm buraxılıb. Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.
"Bank öz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı Bakı Fond Birjasına müraciət edib ", - məlumatda deyilir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 78,8 milyon manatdan 87,4 milyon manatadək artırılacaq.

"Expressbank" ASC öz fəaliyyətini 1989-ci ildən həyata keçirir. 2010-cu ilə kimi "Azərnəqliyyatbank" ASDC kimi çalışıb. Hazırda ölkədə bankın 10 filialı çalışır, onlardan altısı regionlardadır.

Xəbər lenti

Xəbər lenti