...

Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 15:19 (UTC +04:00)
Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı Cəlilabad rayonunda sahibkarlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” və “Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri” mövzularında treninqlər keçirilib.
Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı Cəlilabad rayonunda sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" və "Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə iştirakçılara geniş məlumat verilib.

Treninqdə həmçinin, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib, "Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri" mövzusunda təqdimat keçirilib.

Treninqlərdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti