...

İspaniya şirkətləri Azərbaycanda aqrar sahədə həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 18:02 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İspaniyanın EINAR şirkətinin layihə rəhbəri Alexandro Fernandes Sastre, həmçinin su və ətraf mühit sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri ilə görüşüb.
İspaniya şirkətləri Azərbaycanda aqrar sahədə həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İspaniyanın EINAR şirkətinin layihə rəhbəri Alexandro Fernandes Sastre, həmçinin su və ətraf mühit sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşün məqsədi nazirlik tərəfindən həyata keçiriləcək layihələrdə İspaniya şirkətlərinin mümkün iştirakının və xarici ölkələrdə Azərbaycan şirkələri ilə əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Abasov qonaqlara Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. Nazir aqrar sektorun inkişafı məqsədilə ölkəmizdə investisiya qoyuluşu üçün münbit şəraitin və bütün imkanların mövcudluğunu qonaqların nəzərinə çatdırıb.

İspaniyanın EINAR şirkətinin layihə rəhbəri Alexandro Fernandes Sastre, həmçinin su və ətraf mühit sahəsində ixtisaslaşan şirkətlərin nümayəndələri səmimi qəbula görə öz minnətdarlıqlarını bildirərək, Azərbaycanda aqrar sahədə həyata keçirilən layihələrdə iştirak etmək marağında olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti