...

Azərbaycanda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 15:31 (UTC +04:00)
“Azərlotereya” ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.
Azərbaycanda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

"Azərlotereya" ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, artıq lotereya biletlərinin internet vasitəsilə satışının təşkilinə dair işlərin əksər hissəsi başa çatıb və lotereya həvəskarları bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə edə biləcəklər. Lotereya biletlərinin onlayn satışı lotereya həvəskarlarına internet vasitəsilə istənilən yerdən biletləri əldə etməyə imkan yaradacaq. Hazırda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır.

Paytaxtda lotereya biletlərinin elektron satışının genişləndirilməsi və lotereya həvəskarlarının tələbatının tam ödənilməsi məqsədilə lotereya biletlərinin elektron satış terminallarının sayının artırılması da nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə KİV-lə əməkdaşlıq da uğurla davam etdirilir. Bu ilin sentyabr ayından yeni "Klassik Loto" oyununa başlanılıb. Beləliklə, artıq lotereya oyunları canlı olaraq həftədə 6 gün olmaqla ölkənin iki televiziya kanalında - "AzTV" ("Binqo", "Uğur") və "Space"də ("5/36", "6/40" və "Klassik Loto") yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti