...

Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 11:31 (UTC +04:00)
Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb və 162 milyon kvadrat metrə çatıb.
Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb və 162 milyon kvadrat metrə çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov cümə axşamı Bakıda MDB dövlətlərinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 34-cü iclasında çıxışı zamanı bildirib.

"Bu gün adambaşına düşən mənzil fondu 18 kvadrat metr təşkil edir", - Ələsgərov deyib.

Onun sözlərinə görə, son 20 ildə tikinti-quraşdırma işlərinin həcmi 19 dəfə artıb.

"Tikinti sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı altı dəfə artıb", - Komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti