...

Bakıda qeyri-mütəşəkkil fərdi tikililər xeyli azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 16:20 (UTC +04:00)
Bakıda kütləvi qeyri-mütəşəkkil fərdi tikinti halları azalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakıda keçirilən MDB ölkələrinin Tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XXXIV iclasında deyib.
Bakıda qeyri-mütəşəkkil fərdi tikililər xeyli azalıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Bakıda kütləvi qeyri-mütəşəkkil fərdi tikinti halları azalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakıda keçirilən MDB ölkələrinin Tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XXXIV iclasında deyib.

"Bakının mərkəzi hissəsinin (1500 hektardan çox) ətraflı planlaşdırılması layihəsi hazırlanıb. Burada nəqliyyatın inkişafı, abadlıq və yaşıllaşdırma, yaşayış və sosial infrastrukturun inkişaf perspektivləri dəqiq müəyyənləşdirilib, o cümlədən, tikililərin sıxlığı və hündürlüyü ilə bağlı məsələlər tənzimlənib", - Ələsgərov qeyd edib.

Onun sözlərinə görə, bununla da torpağın hər kvadratmetr təyinatı müəyyənləşdirilib.

"Layihə ictimaiyyət tərəfindən nəzərdən keçirilib və tanış olmaq üçün Komitənin saytında yerləşdirilib", - Ələsgərov deyib.

O bildirib ki, son 10-12 ildə Azərbaycanın inkişafı torpağın kompleks qiymətləndirilməsinin, torpaqdan koordinasiya edilmiş şəkildə istifadənin, ümumdövlət və regional miqyaslı planlaşdırmanın əhəmiyyətini xeyli yüksəldib.

"Problemin vacibliyini dərk edən Azərbaycan hökuməti 2009-ci ilin əvvəlindən "Böyük Bakının regional inkişaf planı" layihəsi üzərində işləməyə başlayıb. Bu layihə şəhərsalma planlaşdırılması prosesini elmi əsaslı, səmərəli, əlaqələndirilmiş məcraya yönəltməyə imkan verəcək", - Ələsgərov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti