...

Litvanın nəqliyyat və kommunikasiya naziri Azərbaycana səfər edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 15:30 (UTC +04:00)
Litvanın nəqliyyat və kommunikasiya naziri Eligiyus Masiulisin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr 4-5-də Azərbaycana səfər edəcək.
Litvanın nəqliyyat və kommunikasiya naziri Azərbaycana səfər edəcək (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Litvanın nəqliyyat və kommunikasiya naziri Eligiyus Masiulisin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr 4-5-də Azərbaycana səfər edəcək.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu barədə səfir Həsən Məmmədzadənin litvalı nazirlə görüşndə bildirilib.

Nazir Masiulis Azərbaycana edəcəyi səfərdən məmnunluq duyduğunu və Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb.

Litvalı nazir səfər zamanı BakuTel-2012 beynəlxalq sərgisinin işində də iştirak edəcək. Sərgidə Litvanın öndə gələn müəssisələrindən 10-nun iştirak edəcəyi gözlənilir.

Görüş zamanı, həmçinin iki ölkə arasında münasibətlər, xüsusilə də nəqliyyat, informasiya texnologiyaları sahələrində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Sözügedən sahələrdə dinamik inkişafdan bəhs edilib, Azərbaycan və Litva şirkətlərinin bir çox layihələrdə ortaq fəaliyyət göstərməsindən duyulan məmnuniyyət ifadə edilib.

Səfir iki ölkə arasında həm nəqliyyat, həm də informasiya texnologiyaları sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün Azərbaycanın maraqlı olduğunu qeyd edib, bununla əlaqədar ölkənin Litva tərəfinin təşəbbüs və təkliflərinə açıq olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti