...

Unibank-ın aktivləri yarım milyard manat oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 14:46 (UTC +04:00)
Bankdan Trend-ə verilən məlumata görə, Unibank-da saxlanılan depozitlərin həcmi 276 milyon manatı ötüb. Bankın iqtisadiyyatın müxtəlif sahələri üzrə kredit portfelinin həcmi isə 376 milyon manatadək artıb.
Unibank-ın aktivləri yarım milyard manat oldu

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Unibank-ın tarixində ilk dəfə olaraq, bankın aktivləri 500 milyon manata çatdı.

Bankdan Trend-ə verilən məlumata görə, Unibank-da saxlanılan depozitlərin həcmi 276 milyon manatı ötüb. Bankın iqtisadiyyatın müxtəlif sahələri üzrə kredit portfelinin həcmi isə 376 milyon manatadək artıb.

20 ildir ki, müştərilərin xidmətində dayanan "Unibank" 90 xidmət məntəqəsi vasitəsi ilə xidmət edir. Bu gün bankın Bakı və Abşeronun əksər ərazilərini əhatə edən və bir sıra bölgələrdə mövcud olan 26 filialı ölkə vətəndaşlarına müxtəlif bank xidmətlərini göstərir. Bankın filiallarından kənar 58 xidmət məntəqəsi isə məişət və kompüter texnikasi, mobil telefon, mebel və digər məhsulların kreditləşdirilməsini həyata keçirir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. "Unidirect" xidmətinin məqsədi müştərilərə banka gəlmədən xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək krediti öz ünvanında əldə edir.

Son texnoloji yenilikləri tətbiq etməklə müştərilərinə göstərdiyi xidməti gündən-günə yaxşılaşdıran "Unibank" 60-dan çox ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir. Etibarlı tərəfdaş olan "Unibank" "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən uzunmüddətli reytinqini "B"-yə qədər yüksəldib, reytinq üzrə proqnozunu isə "sabit" kimi təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti