...

"FINCA Azerbaijan"ın Zaqatala filialı yeni inzibati binaya köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2012 17:04 (UTC +04:00)
Bu gün "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Zaqatala filialının yeni ofisinin açılış mərasimini keçirib.
"FINCA Azerbaijan"ın Zaqatala filialı yeni inzibati binaya köçüb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Bu gün "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Zaqatala filialının yeni ofisinin açılış mərasimini keçirib.

Təşkilatdan Trend-ə verilən Trend-ə verilən məlumata görə, tədbirdə "FINCA Azerbaijan"ın rəhbər şəxsləri, Zaqatala rayon İcra Hakimiyyətinin və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir zamanı filialın ofisi ilə tanışlıq keçirilib, "FINCA Azerbaijan"ın uğurla həyata keçirdiyi sosial və digər layihələr haqqında məlumat verilib, həmçinin Zaqatala filialı ilə uzun müddət ərzində əməkdaşlıq edən 6 nəfər müştəriyə təşkilat tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Qonaqlar Qərb regionunda çalışan sahibkarların şəxsi bizneslərini qurmağa və həyat standartlarını yaxşılaşdırmağa dəstək olan Zaqatala filialının fəaliyyətini yüksək qiymətləndirərək filiala gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıblar.

2006-ci ildən fəaliyyət göstərən Zaqatala filialı hazırda 4 milyon ABŞ dolları portfeli ilə 5100 nəfərdən artıq müştəriyə xidmət göstərir. Filialın müştəriləri minimal sənəd təqdim etməklə, qısa müddət ərzində 50 - 50 000 ABŞ dollarına qədər girovsuz və ya girovla, qrup və fərdi şəkildə verilən kreditləri əldə edə bilərlər.

Qeyd edək ki, müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərmək üçün cari ildə "FINCA Azerbaijan" kredit məhsullarının faiz dərəcələrini aşağı salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti