...

Şəkər çuğunduru yığımları uğurla həyata keçrilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 13:18 (UTC +04:00)
Ölkədə şəkər çuğunduru yığımlarında bu il də yüksək məhsuldarlıq olmuşdur.
Şəkər çuğunduru yığımları uğurla həyata keçrilib (FOTO)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Ölkədə şəkər çuğunduru yığımlarında bu il də yüksək məhsuldarlıq olmuşdur.

Azərsun Holdinqdən Trend-ə verilən məlumata görə, şəkər çuğunduru istehsalının artırılmasının dəstəklənməsi və ölkə əhalisinin şəkərə olan tələbatının daxili istehsal hesabına ödənilməsi istiqamətində müsbət nəticələrə nail olunmuşdur. Bu münasibətlə İmişli Şəkər zavodunda keçirilən "Şəkər Bayramı"nda yüksək məhsuldarlıq əldə edən mülkiyyətçilərə şəkər tozu və kəllə qənd hədyyə edilmişdir.

Ölkənin çuğundur əkinləri təcrübəsinin qısa dönəmi əhatə etməsinə baxmayaraq, yerli fermerlər məhsul yığımlarını ilbəil artırır. Məhsulun şəkərlilik faizi də getdikcə artmaqdadır.

Ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin təmini istiqamətində atdığı addımlar nəticəsində İmişli Şəkər Zavodunun xammal ehtiyatlarının daxili imkanlar hesabına təmin olunması şəraiti günbəgün yaxşılaşır. Zavodun dəstəyi ilə fermerlər hər növ texnika və gübrələrlə təmin olunublar. Aqrotexniki qulluq uğurla həyata keçirilib. İki minə yaxın mükiyyətçi ilə əkin müqaviləsi bağlanmışdır. Mülkiyyətçilərdən Fuzuli Rayonundan Balaxan Memmedov hektara 110 ton, İmişlidən Cebrayıl rayonundan mecburi köçkünü Əhməd Süleymanov hektara 66 ton, İmişli Rayonundan Rabil Abbadov hektara 71 ton, İmişli Rayonundan Mehman Cavadov hektara 79 ton məhsul əldə etmişdir.

Bu il hər hektar üçün orta məhsuldarlıq 37 ton olmuşdur. İmişli şəkər zavodu məhsulun qəbul qiymətini artıraraq, hər ton şəkər çuğunduru üçün 52 AZN ödəyir. Hər 1% şəkərlilik üçün əlavə olaraq 2 AZN mükafat ödəniləcəkdir. Zavod tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində mülkiyyətçilər keçmiş illərlə müqayisədə hektara 200-250 AZN əlavə mənfəət götürəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti