...

"FINCA Azerbaijan"ın Şirvan filialında kassa açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 14:57 (UTC +04:00)
Müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilməsi üçün "FINCA Azerbaijan"ın cənub regionunda fəaliyyət göstərən Şirvan filialında cari ilin dekabr ayından etibarən nağd kassa işə başlayıb.
"FINCA Azerbaijan"ın Şirvan filialında kassa açılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilməsi üçün "FINCA Azerbaijan"ın cənub regionunda fəaliyyət göstərən Şirvan filialında cari ilin dekabr ayından etibarən nağd kassa işə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2006-ci ilin may ayında müştəriyə ilk krediti verən Şirvan filialı hazırda Hacıqabul, Salyan, Neftçala və Şirvanda əsasən ticarət, istehsalat və kənd təsərrüfatı ilə məşğul olan 6510 nəfərdən artıq kiçik və orta sahibkara kredit məhsullarını təqdim edərək, onların həyat səviyyəsini artırmağa və şəxsi bizneslərini inkişaf etdirməyə dəstək olur.

Hazırda filialın kredit portfeli 7 307 670 ABŞ dolları təşkil edir.

Filiala müraciət edən şəxslər Kənd Kredit Qrupu Məhsulu, Həmrəy Kredit Qrupu Məhsulu, FINCA Express Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Fermer Krediti, Fərdi Kənd Krediti, Kənd Təsərrüfatı Ticarəti üzrə Kredit məhsullarını əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti