...

"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 17:12 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Qərb Universitetində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilib. Tədbirdə bu təhsil müəssisəsinin 120-yə yaxın müəllim və tələbəsi iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 178 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. Bu istiqamətdə KİV ilə səmərəli əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc olunur, birgə televiziya verilişləri hazırlanır.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti