Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" mövzusunda təlimlərin üçüncü mərhələsinə start verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində həyata keçirilən təlimlər dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün nəzərdə tutulub.