...

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 36 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 13:45 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2013-ci ilin əvvəlinə 2,705 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 195,7 mln. manat çoxdur.
Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 36 faizdən çox artıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2013-ci ilin əvvəlinə 2,705 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 195,7 mln. manat çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bankın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,32 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin yanvarın 1-nə nisbətən 36,3 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti