...

"AtaSığorta" yığımları təqribən iki dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 13:13 (UTC +04:00)
"AtaSığorta" ASC şirkətinin 2012-ci il ərzində topladığı sığorta haqları 10,640 milyon manat təşkil edib ki, bu da ötən 2011-ci il ilə müqayisədə 93,2 faiz çoxdur.
"AtaSığorta" yığımları təqribən iki dəfə artırıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

"AtaSığorta" ASC şirkətinin 2012-ci il ərzində topladığı sığorta haqları 10,640 milyon manat təşkil edib ki, bu da ötən 2011-ci il ilə müqayisədə 93,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Yığımların 60 faizi (6,389 milyon manat) könüllü növlər, 40 faizi (4,251 milyon manat) isə icbari növlər üzrə sığorta haqlarının payına düşür.

Şirkətdən verilən məlumata görə, hesabat ilində sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən il ilə müqayisədə 23,3 faiz artaraq 2,596 milyon manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət "İcbari Sığorta Bürosu"nun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı "AtaHolding" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 6,6 milyon manat təşkil edir.

Şirkətin 4 filialı və 4 nümayəndəliyi vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti