...

Ötən il Azərbaycanda güzəştli kreditlərin yarısından çoxu aqrar sektora ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 14:35 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ildə 218 milyon manat dəyərində 2419 layihəni maliyyələşdirib.
Ötən il Azərbaycanda güzəştli kreditlərin yarısından çoxu aqrar sektora ayrılıb

Azərbaycan, Bakı, 23 yanvar/Trend, müxbir A. Axundov/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ildə 218 milyon manat dəyərində 2419 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə SKMF-nin rəsmi mətbuatda dərc edilən balans hesabatında deyilir.

Məlumata görə, SKMF-nin güzəştli kreditləri hesabına bu layihələrin həyata keçirilməsi 9083 yeni iş yerinin açılmasına imkan yaradır.

SKMF 2012-ci il ərzində sənaye istehsalı və emalının müxtəlif sahələrində ümumi dəyəri 69,26 milyon manat olan 154 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahələrində 10 layihənin reallaşdırılmasına 27,86 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 2234 layihəyə 99,97 milyon manat, xidmət sahələrinin inkişafı üçün 21 layihəyə 20,92 milyon manat ayrılıb.

SKMF 28,26 milyon manat dəyərində (verilən kreditlərin ümumi portfelinin 13 faizi) 2328 kiçikhəcmli kredit (kreditlərin ümumi sayının 96,2 faizi) ayırıb. Hesabat dövrü ərzində 6,44 milyon manat dəyərində (3 faiz) 28 ortahəcmli kredit (1,2 faiz) və 183,3 milyon manat dəyərində (84 faiz) 63 irihəcmli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti