...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 17:45 (UTC +04:00)
Azərbaycanda yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri, müvafiq olaraq, 3,1 və 1,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycanda yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri, müvafiq olaraq, 3,1 və 1,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bBirillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1 faiz, arpanın 0,5 faiz, göyərtilərin 2,0 faiz, kartofun 11,9 faiz, pomidorun 0,4 faiz, baş sarımsağın 0,1 faiz, balqabağın 3,7 faiz, quru otun 1,9 faiz, yoncanın istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, kələmin istehsalçı qiymətləri 0,2 faiz, turpun 0,5 faiz, cəfərinin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 2,7 faiz, narın 0,1 faiz, xurmanın 0,4 faiz, limonun 0,6 faiz, naringinin 15,6 faiz, heyvanın 1,6 faiz, qozun 1,0 faiz, fındığın 5,4 faiz, şabalıdın istehsalçı qiymətləri 13,9 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,7 faiz, camışın 0,6 faiz, hind toyuğunun 3,7 faiz, mal və qoyun ətinin (diri çəkidə), müvafiq olaraq, 0,3 və 1,2 faiz, quş ətinin (diri çəkidə) 2,0 faiz, südün 0,5 faiz, təbii balın istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb.

Bu bahalaşma ilə yanaşı, ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,5 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,4 faiz ucuzlaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,5 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti