"Unibank" istehlak kreditləri üzrə məhsul siyahısını genişləndirməyə davam edəcək

"Unibank" istehlak kreditləri üzrə məhsul siyahısını genişləndirməyə davam edəcək

Azərbaycan, Bakı,7 mart /Trend/

Azərbaycanın bank bazarında xüsusi yeri olan "Unibank" günü- gündən müştəri bazasını genişləndirməkdə və müştərilərinə yeni-yeni məhsullar təqdim etməkdədir. Təkcə ötən il bankın müştərilərinin sayı 47,1% artıb, verilən kreditlərin həcmində 50,3 % artım olub. 2013-cü ilin əvvəlindən də Bank müştərilərini sərfəli kampaniyalarla sevindirməkdədir. Mart ayı isə "Unibank" müştəriləri üçün sürprizlər ayı kimi yadda qalacaq. Bank xidmət və məhsullar sahəsində müştəriləri üçün hansı üstünlükləri təqdim edir?

Müsahibimiz "Unibank" KB ASC-nin Məhsullar və proseslərin inkişafı departamentinin Baş meneceri Taleh Tahirlidir.

- Taleh müəllim, "Unibank"ın aktiv inkişaf etdiyirdiyi məhsul və xidmətlər arasında hazırda istehlak krediti məhsulları xüsusi yer tutur. Bu yəqin ki,məhsula tələbatın çoxluğu ilə bağlıdır?

- Kredit bazarının daimi olaraq inkişaf etməsi, ölkədə iqtisadi rifah göstəricisinin yüksəlməsindən asılıdır. İnsanların gəlirləri artdıqca, ödəmə qabiliyyəti yüksəlir ki, bu da bank xidmətlərinə tələbatı artırır. Ölkənin ən böyük pərakəndə banklarından olan "Unibank" müştəriləri üçün daim lazımlı xidmətləri təqdim edir. Verilən istehlak kreditləri praktiki olaraq borcalanların istənilən təbəqəsinin ehtiyaclarını ödəyir. İnkişaf etdirdiyimiz nağd kredit isə rəsmiləşdirilmə baxımından sadə və müştərilərimiz üçün əlçatandır. Sürət və rahatlıq, bu məhsulu səciyyələndirən əsas amillərdir. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir.

- "Unibank"ın nağdsız ödənişlər sahəsində də əhəmiyyətli addımlar atdığı görünür. Ümumiyyətlə, bankda nağdsız ödənişlərin inkişaf tendensiyaları barədə nə deyə bilərsiniz?

- Fikrimcə, Azərbaycan bazarında nağdsız ödənişlərin artırılmasına hazırda üç əsas amil təsir edir. Bunlardan birincisi, bankların əhaliyə təqdim etdikləri plastik kart məhsullarının müxtəlifliyidir. Bunlar arasında hazırda xüsusi əhəmiyyət daşıyan məhsul faizsiz taksit kartlarıdır. "Unibank"ın bu bazarda xüsusi payı vardır. Belə ki, faizsiz kredit kartımız olan ALBALI Kart bazara çıxarıldıqdan sonra, çox qısa müddət ərzində bankda nağdsız ödənişlərin əhəmiyyətli dərəcədə artımı müşahidə olunmaqdadır. İkinci amil, ödəniş alətlərinin rəsmiləşdirməsi prosesidir. Belə ki, məhsulun rəsmiləşdirilməsi və müştəriyə çatdırılması nə qədər rahat və sürətli olarsa, alət bir o qədər də müştəri üçün cəlbedici olur. Məhz bu səbəbdən də, Albalı kartlarını yalnız şəxsiyyət vəsiqəsini bankın filiallarına təqdim etməklə, cəmi 15 dəqiqə ərzində əldə etmək mümkündür. Üçüncü isə nağdsız ödəmələrin artımına əhəmiyyətli dərəcədə təsir edən digər bir amilin- geniş POS terminal şəbəkəsinin mövcudluğudur. "Unibank" hazırda 550-dən çox POS terminal şəbəkəsi ilə öz müştərilərinin xidmətindədir. Bu terminallar vasitəsilə həm Visa və Mastercard İnternational kimi beynəlxalq ödəniş sistemlərinin kart sahibləri və həmçinin də bankın faizsız kredit kartı olan ALBALI kartın sahibləri nağdsız ödənişlər həyata keçirirlər. Bu şəbəkə günü-gündən sürətlə artmaqdadır və 2013-cü ilin sonunadək, aktiv istifadə edilə bilən terminal sayını 1000 ədədə çatdırmaq hədəfimiz var.

- "Unibank" ölkənin bank bazarında daim yeni məhsullarla gündəmə gələn banklardandır. Mart ayı yenicə başlasa da, artıq bir neçə kampaniyaya start vermisiniz. Bu haqda məlumat verərdiniz.

- Martda müştərilərimizi böyük sürprizlər gözləyir. Artıq bir neçə aksiyaya start verilib. Bunlardan bir neçəsini sadalaya bilərəm. Nağd kreditlərlə bağlı tətbiq edilən 6% endirim aksiyasının müddətini artırdıq. Bundan başqa, martın 1-dən 10-dək nağd kredit üçün filiallarımıza müraciət edən xanımlara xüsusi həddiyyəmiz var. "İdeal" parfümeriya dükanlarından alış- veriş edən ALBALI kart sahibləri üçün isə xüsusi kampaniya hazırladıq. Belə ki, martın 1-dən 10-dək Albalı kart ilə "İdeal" mağazalarından alış- veriş edən müştərilərimizə, əlavə 3 taksit də biz hədiyyə etdik. Bu aksiyanın davamı olaraq isə 6,7 və 8 mart tarixlərində Albalı kart sahiblərinə əlavə 6 taksit də bankdan hədiyyə ediləcəkdir. Albalı kartdan söz düşmüşkən, yaxında bu kartın partnyorları sırasına uzun zamandır Bakıya gəlişləri gözlənilən dünyaca çox-çox məhşur brendlər də daxil olacaq. Beləliklə, yeni brenlərin gəlişi ilə Albalı kartın tamamilə əvəzedilməz bir şoppinq kartı olduğu bir daha təsdiqlənmiş olacaq.

Önümüzdəki həftə isə Novruz bayramı ilə bağlı xüsusi kampaniyalarımız olacaq. Novruz təkliflərimiz həm nağd kredit üçün müraciət edənlərə, həm də Albalı kart sahiblərinə ünvanlanacaqdır.

- Ölkə bank bazarında hazırkı rəqabət şəraitində "Unibank"ın üstünlükləri nələrdir?

- Biz bilirik ki, sürət, rahatlıq və etibarlılıq müştərilərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bankımız müvafiq təhlükəsizlik, etibarlılıq standartlarına cavab verən yeni texnologiyalara mütamadi olaraq investisiya etməkdədir. Qısa müddət ərzində minimum tələblər ilə, yalnız şəxsiyyət vəsiqəsi əsasında müştərilərə müxtəlif istehlak kreditləri təklif olunur.
Prioritet məhsulumuz olan Albalı Kartın partnyor şəbəkəsinin genişliyi və spesifikliyi bu sahədə əsas üstünlüklərimizdəndir. Albalı kartın partnyor şəbəkəsində Zara, Bershka, GAP kimi dünyaca məşhur və Azərbaycanda çox sevilən brednlər var ki, onlar bazarda mövcud olan taksit layihələrindən yalnız Unibankla əməkdaşlıq edir. Bu siyahıya yaxında digər bir məşhur brend olan Massimo Dutti brendi də qoşulacaq. Albalı kartı əsas rəqiblərdən fərqləndirən amillərdən biri də, kart sahiblərinin etdikləri alış-verişlərin həcmindən asılı olaraq, müəyyən nisbətdə bonus əldə edə bilmələridir. Bonus pul şəklində müştərinin öz hesabına köçürülür.
"Unibank" öz iş rejimi ilə müştərilərinə üstünlüklər təqdim edir. Artıq həftənin şənbə günlərində də bank tam iş rejimində fasiləsiz işləyir. Həmçinin qarşıdan gələn Novruz bayramı tətillərində də bank müştərilərə xidmət göstərəcəkdir.
Son olaraq isə onu da qeyd edim ki, bankın menecmentinin Azərbaycan bazarını dərindən mənimsəməsi və idarəetməyə qərb yanaşmasının tətbiqi sahib olduğumuz üstünlükləri günü- gündən artırmağa zəmin yaradır.

Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Loading Bars
Xəbər lenti
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların sosial-iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Bütün xəbərlər