...

AccessBank "Nağd kreditlər" məhsulu üzrə faiz dərəcələrini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2013 17:22 (UTC +04:00)
"AccessBank" öz müştərilərinin rifahını və rahatlığını düşünərək, "Nağd kreditlər" üzrə illik faiz dərəcələrini 3 faizədək endirdiyini elan edib. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda qeyd olunur.
AccessBank "Nağd kreditlər" məhsulu üzrə faiz dərəcələrini aşağı salıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

"AccessBank" öz müştərilərinin rifahını və rahatlığını düşünərək, "Nağd kreditlər" üzrə illik faiz dərəcələrini 3 faizədək endirdiyini elan edib. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda qeyd olunur.

Bundan əlavə, kreditin məbləği 5 000 manatdan 10 000 manatadək artırılıb, kreditin müddəti isə 3 ilədək artırılıb. Faiz dərəcələrinin aşağı salınmasından sonra Banka ilk dəfə müraciət edən müştərilər illik 33 faiz, təkrar müştərilər isə illik 29 faiz dərəcəsi ilə "Nağd Kredit" ala bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, AccessBank kreditin verilməsi prosedurunu sadələşdirərək girov tələb etmir, həmçinin krediti iş yerindən arayış təqdim etmədən də almaq mümkündür.

AccessBank-ın Pərakəndə Bankçılıq və Əməliyyat Departamentinin direktoru Anar Həsənov, bu kampaniyanı şərh edərək bildirib: "Biz müştərilərimizə nağd kreditlər üzrə daha sərfəli şərtlər təklif etməkdən məmnunluq duyuruq. Bu növ kredit üzrə faiz dərəcələrinin azaldılması daha çox sayda insana öz planlarını həyata keçirmək üçün imkan yaradır".

Bank maksimum dərəcədə sərfəli kredit şərtləri təklif etməklə müştərilərin maliyyə yükünü azaltmağa, kredit resurslarından istifadə imkanlarını asanlaşdırmağa və bu yolla da istehlakçıların həyat şəraitini yaxşılaşdırmağa çalışır. Hazırda ölkədə kreditləşmə liderlərindən biri olan AccessBank-ın müxtəlif növ kreditlər: mikro və kiçik biznes kreditləri, aqrokreditlər və bütün növ istehlak kreditləri təklif edir.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+ "sabit" proqnoz), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010, 2011 və 2012-ci illərdə) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb (2011). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH şirkətləridir.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz:
(99412) 408 23 47, 408 23 87 və ya [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti