...

BVF Azərbaycanda bankların kapitallaşması üzrə tədbirləri dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2013 12:13 (UTC +04:00)
Azərbaycanın bank sektorunun kapitallaşması proqramı bazarda rəqabəti gücləndirəcək və məhsullar üzrə faiz dərəcələrinə təsir edəcək.
BVF Azərbaycanda bankların kapitallaşması üzrə tədbirləri dəstəkləyir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A. Axundov/

Azərbaycanın bank sektorunun kapitallaşması proqramı bazarda rəqabəti gücləndirəcək və məhsullar üzrə faiz dərəcələrinə təsir edəcək.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF)Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin məsləhətçisi Raca Almarzuqi BVF missiyasının Bakıya səfərinin yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

"Proqramın məqsədi bazar iştirakçılarının kapitalını nisbətən bərabər səviyyəyə çatdırmaqdır ki, bu da nəticədə bazarda rəqabəti artıracaq", - Almarzuqi qeyd edib.

Onun sözlərinə görə, BVF Azərbaycan Mərkəzi Bankının bu tədbirlərini tam dəstəkləyir.

"Dövlətin bu addımları kapitallaşmaya, bankların təmərküzləşməsinə yardım edir, həmçinin onları yeni biznes modellərini öyrənməyə sövq edəcək. Bununla yanaşı, bank sektorunun möhkəmləndirilməsi üzrə təşəbbüslər sistemli risklərin məhdudlaşdırılması üçün nəzarət tədbirlərilə müşayiət olunmalıdır" , - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti