...

“PashaBank” Türkiyənin bank bazarına çıxmaq imkanını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 13:43 (UTC +04:00)
“PashaBank” Türkiyənin bank bazarında iştirak imkanını araşdırır.
“PashaBank” Türkiyənin bank bazarına çıxmaq imkanını öyrənir

.Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/

"PashaBank" Türkiyənin bank bazarında iştirak imkanını araşdırır. Trend-in məlumatına görə, bankın idarə heyətinin rəhbəri Fərid Axundov cümə axşamı mətbuat konfransında bildirib.

"Türkiyədə olan iqtisadi vəziyyət və biznes mühiti bu bazarı bizim üçün çox maraqlı edir. Biz artıq bu ölkədən olan müştərilərə xidmətlər təqdim edirik. Bizim bu bazarda iştirakımız mümkündür, hazırda biz onu araşdırırıq",- deyə Axundov bildirib.

Onun sözlərinə görə, bank İsveçrə bazarına çıxmaq planlarını qüvvədə saxlayır.

"Bu bazar bizə xüsusi bankçılıq, korperativ invesitisiya bankçılığı nöqteyi-nəzərindən maraqlıdır və biz səhimdarlara daha yaxın olmaq istəyirik. Bunu bir neçə yolla, yəni hər hansı bir bankın payını almaq, nümayəndəlik, filial və törəmə bank açmaqla etmək olar",- Axundov qeyd edib.

Hazırda "PashaBank"ın ölkədən kənarda yalnız Gürcüstanda fillialı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti