...

IFC 2013-cü ildə Azərbaycandakı layihələrə 28,8 milyon dollar ayırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2013-cü ildə Azərbaycanda beş layihəyə 28,8 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır. Bu barədə Trend-ə cümə axşamı DB-nin Bakı nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. O vaxtdan etibarən Beynəlxalq Maliyyə Korporasiyası 67 layihə çərçivəsində Azərbaycana təxminən 393 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb və digər mənbələrdən 73 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti