Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
İlkin hesablamalara görə, "Böyük Bakının Regional İnkişaf Planı"nın reallaşdırılmasının orta hesabla dəyəri 4-5 milyard manat təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərov bildirib.
"Dünya bankı layihənin texniki-iqtisadi əsaslandırılması üzrə nəticələri müsbət cavablandırıb. İyun-iyul aylarında layihə üzrə növbəti ictimai dinləmələr keçiriləcək. Əvvəlki dinləmələr nəticəsində layihəyə kiçik dəyişikliklər edilib".