...

Dövlət Şəhərsalma Komitəsi: Bakı Bulvarının altından tunelin çəkilməsi heç bir təhlükə daşımır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2013 14:22 (UTC +04:00)
Azərbaycan paytaxtında Bakı körfəzinin iki tərəfini birləşdirəcək Dənizkənarı Bulvarın bütün uzunluğu boyu yeraltı tunelin tikintisi heç bir təhlükə daşımır.
Dövlət Şəhərsalma Komitəsi: Bakı Bulvarının altından tunelin çəkilməsi heç bir təhlükə daşımır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan paytaxtında Bakı körfəzinin iki tərəfini birləşdirəcək Dənizkənarı Bulvarın bütün uzunluğu boyu yeraltı tunelin tikintisi heç bir təhlükə daşımır. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

Layihəyə əsasən, yeraltı tunelin uzunluğu 42 kilometr olacaq. Tunelin 0,9 kilometrlik bir hissəsi yerin üstündə salınacaq və U-səkilli formaya malik olacaq. Tunel altı xətli (3 xətt bir , 3 xətt isə digər istiqamətə) olacaq.

Bakı körfəzinin hər iki tərəfinin birləşdirilməsi üçün suüstü körpü tikintisinin mümkünlüyünə də baxılır. Lakin Ələsgərovun fikrincə, Bakı körfəzindən keçəcək körpünün tikintisi bahalı layihədir:

"Yol salmaq imkanı olduğu halda körpünün tikintisi nəyə lazımdır? Körpünün tikintisi baha başa gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti