Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E. Əliyev/
"Azərbaycan Dəmir Yolları" QSC öz qatarlarının Moskvaya hərəkətini bərpa edir. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, vaqonların təmirindən sonra qatarların göndərilməsi prosesi bərpa edilir.
Daha əvvəl QSC-nin vaqonlarının əsaslı təmirə göndərilməsi səbəbindən Moskva və Sankt-Peterburq istiqamətləri üzrə sərnişin reyslərində "Rusiya Dəmir Yolları" QSC-nin vaqonları işləməyə başlayıb.
Əzməmmədov deyib ki, Azərbaycanda sərnişin vaqonlarının əsaslı təmiri üzrə texnologiya olmadığına görə QSC-nin 50 vaqonu Ukraynaya təmirə göndərilmişdi.