Azərbaycan, Bakı, 5 iyun /Trend/
5-7 iyun 2013-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Nəqliyyat sektoru üzrə Əlaqələndirici Komitəsinin 12-ci iclası keçiriləcək.
Azərbaycan Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasın keçirilməsində məqsəd müvafiq sahədə görülmüş işlər üzrə hesabatın təhlili, nəqliyyat ilə ticarətin asanlaşdırılması üzrə yenilənmiş strategiyanın hazırlanması məqsədilə gələcək fəaliyyətin müzakirəsidir.
İclasda proqrama üzv olan hər bir ölkə CAREC Proqramı çərçivəsində görülmüş işlər və gələcək addımlar üçün təşəbbüsləri əks etdirən təqdimatla çıxış edəcəklər.
Əlaqələndirici Komitənin iclasında Azərbaycan Nəqliyyat Nazirliyi də təmsil olunacaq.