...

"Unibank" "yumurta qiymətinə kredit" üzrə ödənişi ucuzlaşdırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2013 19:20 (UTC +04:00)
Bazarda yumurtanın qiyməti sabit qalsa da, "Unibank"ın "yumurta qiymətinə kredit"i daha da ucuzlaşdı.
"Unibank" "yumurta qiymətinə kredit" üzrə ödənişi ucuzlaşdırdı

Azərbaycan, Bakı, 31 iyul/Trend/

Bazarda yumurtanın qiyməti sabit qalsa da, "Unibank"ın "yumurta qiymətinə kredit"i daha da ucuzlaşdı.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq muştərilər hər götürülən 100 manat kreditə görə gündəlik olaraq 15 qəpik yox, cəmi 13 qəpik odəyəcəklər. Bu məbləğ həm əsas, həm də faiz borcunu əhatə edir.

Məsələn, siz 1000 manatlıq krediti 48 ay muddətinə rəsmiləşdirmisiniz - bu zaman sizin gündəlik ödənişiniz 1 manat 30 qəpik təşkil edəcək. Aylıq ödəniş isə cəmi 39 manat təşkil edəcək.

Xatırladaq ki, "Unibank"da kreditin maksimal məbləği 7500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, "Unibank"dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Bankın sərfəli kredit məhsulları Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün nəzərdə tutulub. Başqa banklara borcu olanlar belə, "Unibank"dan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir. Həm də arayışsız və zaminsiz.

"Unibank"dan kredit götürmək üçün qeydiyyata, iş stajına və minimal əmək haqqının məbləğinə tələb yoxdur. Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 09:00-dan 18.00-dək nahar fasiləsiz işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti