Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2013 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78446 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

5 avqust

0,7845

12 avqust

0,7844

6 avqust

0,7844

13 avqust

0,7844

7 avqust

0,7844

14 avqust

0,7845

8 avqust

0,7844

15 avqust

0,7845

9 avqust

0,7844

16 avqust

0,7845

Həftə ərzində orta

0,78442

Həftə ərzində orta

0,78446

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib.

Bununlada orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7835 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqust ayının 16-da 0,7834 AZN/USD məzənnə ilə 647 min dollar; avqust ayının 12-15 tarixlərində sövdələşmələr imzalanmayıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

5 avqust

0,7835

12 avqust

0,7835

6 avqust

0,7835

13 avqust

0,7835

7 avqust

0,7835

14 avqust

0,7835

8 avqust

0,7835

15 avqust

0,7835

9 avqust

0,7835

16 avqust

0,7835

Həftə ərzində orta

0,7835

Həftə ərzində orta

0,7835

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti