...

Fizuli Ələkbərov: Son 10 ildə Azərbaycanda 280 min nəfərin əmək fəaliyyəti leqallaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son 10 il ərzində digər aidiyyəti dövlət orqanları ilə birgə gördüyü tədbirlər nəticəsində əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 280 min nəfərdən çox vətəndaşla əmək müqaviləsinin bağlanması, bununla da əmək fəaliyyəti leqallaşdırılmış işçilərin əmək hüquqları təmin edilib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, bu tədbirlər dövlət büdcəsinə ümumilikdə 340 milyon manata yaxın məbləğdə məcburi ayırmaların ödənilməsini təmin edib.

Məqalədə deyilir ki, bu müddətdə işdən qeyri-qanuni azad olunmuş 800 nəfərdən çox işçi öz işinə bərpa etdirilib, işəgötürənlərin işçilərə əməkhaqqı, zərərə görə ödənc və sosial müavinətlər üzrə 17 milyon manatdan artıq məbləğdə borcunun ödətdirilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti