...

"Bank of Baku"an "Ürəyiniz istəyən nağd kredit": hər 1000 manata 45 manat aylıq ödəniş

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2013 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

"Bank of Baku" müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə "Ürəyiniz istəyən nağd kredit" endirim kampaniyasına başlayır.

Kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur. Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10 min manata qədərdir.

Kreditin hər 1000 manatı üçün əsas məbləğ, komissiya haqqı və faizlər daxil olmaqla aylıq ödəniş cəmi 45 manatdan başlayır. Eyni zamanda, kampaniya şərtlərinə əsasən, müştərinin "Dostlar Klubu" kartı üzrə yığılmış bonusu olarsa, həmin bonus məbləği müştərinin ödədiyi komissiya məbləğindən çıxılacaq.

Kampaniya 30 noyabr 2013-cü il tarixinə qədər davam edəcək.

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi və ya https://www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti