...

Bloomberg TV-də Azərbaycanın inkişafına dair videoçarxlar nümayiş olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2013 13:39 (UTC +04:00)
Dünyanın nüfuzlu xəbər yayımı qurumlarından olan “Bloomberg LP” şirkətinin televiziya kanalında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, qazanılmış böyük nailiyyətləri əks etdirən videoçarxlar nümayiş olunur.
Bloomberg TV-də Azərbaycanın inkişafına dair videoçarxlar nümayiş olunur

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Dünyanın nüfuzlu xəbər yayımı qurumlarından olan "Bloomberg LP" şirkətinin televiziya kanalında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, qazanılmış böyük nailiyyətləri əks etdirən videoçarxlar nümayiş olunur.

İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, videoçarxlardan biri Azərbaycan iqtisadiyyatının ümumi inkişafına, digər 8-i isə sənaye, enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji, nəqliyyat, İKT və idman sahəsindəki uğurlarımıza həsr edilib.

Videoçarxlar "Bloomberg TV Avropa" və "Bloomberg TV Amerika" telekanallarında gün ərzində ən baxımlı saatlarda ("prime time") yayımlanır.

Sentyabrın 23-dən etibarən telekanallarda göstərilən videoçarxların yayımı dekabrın 16-dək davam etdiriləcək. Videoçarxları oktyabr ayından etibarən www.bloomberg.com internet səhifəsində də izləmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti