...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri il ərzində 4,6 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2013 22:38 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz aşağı düşüb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri il ərzində 4,6 faiz azalıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanda 2013-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 5,6 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə 0,3 faiz bahalaşıb.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 25,1 faiz, metallurgiya sənayesi üzrə 10,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,3 faiz, qida məhsullarının istehsalı və içki istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 2,7 faiz, neft məhsullarının istehsalı üzrə 2,3 faiz, geyim istehsalı üzrə 1,8 faiz, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti